Azərbaycanın çimərlik güləşçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın çimərlik güləşçiləri sabah Xorvatiyanın Poreç şəhərində start götürəcək yeniyetmə (U-15, U-17) və gənclər (U-20) arasında Avropa çempionatında iştirak edəcəklər.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İki gün davam edəcək yarışın ilk günündə yeniyetmələr, ikinci günündə isə gənclər arasında qaliblər müəyyənləşəcək.

Qitə birinciliyində ölkəmiz U-17 yaş qrupunda təmsil olunacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Nazarov (60 kq), Ayxan Quliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq) və Nihad Süleymanlı (80 kq) uğur qazanmağa çalışacaq.

Laquna çimərliyində keçiriləcək yarış Bakı vaxtı ilə saat 12:00-də başlayacaq. Gündüz seansında qrup mərhələsinin görüşləri keçiriləcək. Saat 19:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Avropa çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq