Millimiz Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.
QELEBE.AZ xəbər verir ki, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib.
Milli ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11.
Nəticədə yığmamız əsas qruplara vəsiqə qazanıb.
Qeyd edək ki, basketbolçularımızın C qrupunda rəqibi Sinqapur və Ukrayna milliləri olacaq.

https://qalaba.az//uploads/photo/millimiz-dunya-seriyasinda-ardicil-iki-qelebe-qazanib.webp