Fərrux Mahmudov: “Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasında əla performans göstərdi”

Fərrux Mahmudov: “Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasında əla performans göstərdi”

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Buxarest mərhələsində əla performans göstərib.

Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.

O, nəticəni möhtəşəm adlandırıb.

“İlk öncə qeyd edim ki, millimiz Buxarest mərhələsinə təsnifat qrupundan başladı. Bu raundu lider tamamlayaraq əsas qrup mərhələsinə vəsiqəni təmin etdik. Bir sözlə, qızlar final oyunu daxil bütün oyunlarında əla performans göstərərək, rəqiblərinin hər birinə qalib gəlməyi bacardı. Ardıcıl 7 ardıcıl doğrudan da möhtəşəm nəticədir. Buxarest mərhələsindəki çempionluğu yüksək qiymətləndirirəm. Çünki bu mərhələdə zəif kollektiv yox idi. Qızların növbəti yarışlarda da uğurlu nəticələr qazanacağından əminəm. Təbii ki, əsas hədəf sentyabrda baş tutacaq Avropa Kubokunda uğurlu nəticə əldə etməkdir”.

Qurum rəsmisi komandanın Avropa Kubokuna da ciddi hazırlaşacağını vurğulayıb:

“Millinin əsas hədəfi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq Avropa Kubokunda Azərbaycanı layiqincə təmsil etməkdir. Buxarest mərhələsi hazırlıq prosesinin bir hissəsi idi. Qızlar hazırlıq prosesinin növbəti hissəsini Serbiyada davam etdirəcəklər. Daha sonra isə iyulun 26-27-də Qadın Seriyasının Sumqayıt mərhələsi start götürəcək və millimiz doğma azarkeşlər önündə yarışı qalib kimi tamamlamağa çalışacaq. Düşünürəm ki, intensiv məşqlər və oyunlar sayəsində Avropa Kubokunda uğurlu nəticə əldə edə bilərik”.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Buxarest mərhələsini çempion kimi başa vurub. Komanda yarımfinalda Çin yığmasını (21:17), finalda isə ABŞ-nin "Sietl" klubunu (21:18) məğlub edib.

Qurum rəsmisi Avropa çempionatında mübarizə aparmış U-16 (oğlanlar) və U-18 (qızlar) yığmalarının nəticələrinə də münasibət bildirib:

“U-16 oğlan millimiz 5-ci pilləni tutdu. Yeni nəsil basketbolçular arasında həqiqətən də uyğunlaşma prosesi çox önəmlidir. Millinin heyətində potensial vəd edən basketbolçular var. Komanda yenidir və bu yarış basketbolçular üçün böyük təcrübə oldu. Oğlanlardan fərqli olaraq, U-18 qız millimizin üzvləri uzun zamandır bir yerdə oynayırlar. Onlar arasında uyğunlaşma mükəmməldir. Qızlar ilk dəfə iştirak etdikləri Avropa çempionatının B divizionunda tarixi uğura imza atdılar. Çempionatı ən güclü 12 komanda arasında tamamlamaq bizim üçün böyük uğurdur. Bu, klassik basketbolda Azərbaycan qadın basketbolu adına tarixi bir zəfərdir. Ümid edirəm ki, qarşıdakı yarışlarda həm oğlan, həm də qız basketbolçular uğurlu nəticələr qazanacaqlar və bu uğurların davamını əsas millilərdə də davam etdirəcəklər”.

Qeyd edək ki, Avropa çempionatının C divizionunda mübarizə aparan U-16 (oğlanlar) 5-ci pillə ilə kifayətlənib. Qızlardan ibarət U-18 yığması isə ilk dəfə qatıldığı yarışın B divizionunda 12-ci olub.

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb