Vüqar Nadirov bölgə klubu ilə müqavilə imzaladı
"Şəmkir" baş məşqçi Vüqar Nadirovla yola davam edəcək.
QELEBE.AZ xəbər verir ki, 38 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Vüqar Nadirov ötən ilin noyabr ayında "Şəmkir"in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2-ci Liqada mövsümü 5-ci pillədə başa vurub.

https://qalaba.az//uploads/photo/vuqar-nadirov-bolge-klubu-ile-muqavile-imzaladi.webp