Azərbaycanın 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxacaq
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.
"QELEBE.AZ" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda bu raundda Çinlə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.

https://qalaba.az//uploads/photo/azerbaycanin-3x3-basketbol-millisi-dunya-seriyasinin-sumqayit-merhelesinde-14-final-matchina-chixacaq.webp











