Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

"Seçmə mərhələdə Belçika, Avstriya və İsveçin də yer aldığı çox çətin qrupda çıxış edəcəyik. Dördüncü səbətdən gəlmişik, az-çox Estoniya bizim səviyyəmizdə yığmadır".

"QELEBE.AZ"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblər barədə "stadiosport.it" saytına müsahibəsində deyib.

İtaliyalı mütəxəssis bildirib ki, çətin qrupa düşsələr də, sonadək mübarizə aparacaqlar: "Əlimdə olan bütün şanslardan istifadə etmədən heç vaxt təslim olmuram".

2020-ci ilin avqustundan yığmaya rəhbərlik edən 67 yaşlı baş məşqçi geridə qalan müddətdə gördüyü işi də dəyərləndirib: "Əvvəlcə bəzi problemlər var idi, çünki mentaliteti bərpa etməliydik. Son vaxtlar isə hər oyunda qalib gəlirik. İnanıram ki, belə davam edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Futbol
Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Futbol
"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

Futbol
İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

Futbol
Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Futbol
Tanınmış futbolçu supermarketdə işləyə bilər

Tanınmış futbolçu supermarketdə işləyə bilər

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

Futbol
Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Futbol
Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”