ÇL: "Fənər"in potensial rəqibləri bəlli oldu
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
QELEBE.AZ xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Mərasimdə Türkiyə təmsilçisi “Fənərbaxça”nın da potensial rəqibi dəqiqləşib.
“Sarı-lacivərdlilər” III təsnifat mərhələsində “Feyenoord” səddini keçəcəyi halda, pley-offda “Nitsa” – “Benfika” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19–20 və 26–27 avqust tarixlərində baş tutacaq.

https://qalaba.az//uploads/photo/chl-quotfenerquotin-potensial-reqibleri-belli-oldu.webp