Millimizin üzvü oynadı, komandası bir xal qazandı
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" növbəti matçına çıxıb.
QELEBE.AZ xəbər verir ki, onun komandası Polşa çempionatının V turunda "Pyast"la qarşılaşıb.
Lublin təmsilçisi öz meydanında rəqibi ilə bacarmayıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.
Oyuna ehtiyatda başlayan Renat 63-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Motor" keçirdiyi 4 oyundan sonra 5 xal toplayıb. Komandanın növbəti turda rəqibi "Korona" olacaq.

https://qalaba.az//uploads/photo/millimizin-uzvu-oynadi-komandasi-bir-xal-qazandi.webp