Benzema və Ronaldo Superkubokda üz-üzə - YENİLƏNİR
Bu gün "Əl-Nəsr" və "Əl-İttihad" Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında üz-üzə gələcəklər.
QELEBE.AZ xəbər verir ki, tək oyunluq formatda keçiriləcək matç Honq Konqda baş tutacaq.
Bakı vaxtı ilə 16:00-da başlayacaq qarşılaşmada "Real Madrid"in sabiq ulduzları Kriştiano Ronaldo və Kərim Benzema rəqib olaraq üzləşəcəklər.
Qeyd edək ki, həmin görüşdə "Liverpul"un keçmiş futbolçuları Sadio Mane və Fabinyo da bir-birinə qarşı oynayacaq.
Səudiyyə Ərəbistanı Superkuboku
Yarımfinal
16:00. "Əl-Nəsr" - "Əl-İttihad"

https://qalaba.az//uploads/photo/benzema-ve-ronaldo-superkubokda-uz-uze-yenilenir.webp