Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük üzrə milli komandasına Macarıstandan məşqçi dəvət edilib.

Üzgüçülük Federasiyasının mətbuat xidmətindən "QELEBE.AZ"a verilən xəbərə görə, bu barədə qurumun prezidenti Xanlar Fətiyev milli komandanın üzvləri və məşqçilər heyəti ilə görüşündə bildirib.

O, həmin şəxsin 28 yaşlı Daniel Dudaş olduğunu açıqlayıb.

Fətiyev daha əvvəl İvan Petrovun federasiyaya idman direktoru təyin olunduğunu xatırladıb: “Bu gün bütün beynəlxalq standartlara cavab verən Bakı Su İdman sarayı var ki, bu da həm peşəkar idmançılarımızın, həm də yenicə başlayan həvəskarlarımız üçün böyük imkanlar açır. Bundan başqa biz federasiya olaraq, məşqçilər korpusunun daha da peşəkar olması üçün beynəlxalq təcrübəsi olan xarici mütəxəssisləri dəvət etmişik. Martda beynəlxalq dərəcəli məşqçi İvan Petrov sıralarımıza qatıldı və federasiyanın idman direktoru təyin edildi. Bu gün isə daha bir üzgüçülük üzrə mütəxəssisi təqdim edirəm. Bu, macarıstanlı məşqçi, bir zamanlar peşəkar üzgüçü olmuş Daniel Dudaşdır. O öz təcrübəsi, bilik və bacarığı ilə məşqçilər korpusuna yardımçı olmağa çalışacaq”.

Qeyd edək ki, Xanlar Fətiyev fevralda jurnalistlərə müsahibəsində Macarıstandan məşqçi dəvət olunduğunu açıqlamışdı.

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərdi
"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq

Fərdi
Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Fərdi
Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb