Qurban Qurbanov: "Çelsi" ilə oyuna pis hazırlaşmamışıq, futbolçularıma güvənirəm

Qurban Qurbanov: "Çelsi" ilə oyuna pis hazırlaşmamışıq, futbolçularıma güvənirəm

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində “Çelsi” ilə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunun maraqlı olacağını bildirib.

“Böyük tarixi olan kluba qarşı oynayacağıq. Bu cür komandaların, futbolçuların Bakıya gəlməsi azarkeşlər üçün də əlavə stimuldur. Dəfələrlə qeyd etmişdim, belə matçlar ölkəmizdə futbol üçün əlavə stimuldur. Oyuna pis hazırlaşmamışıq. Yaxşı, mübariz futbol göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər oyundan zövq alacaq”, - o deyib.

Qurban Qurbanov “Çelsi”nin Bakıda məşq etməyəcəyi, eyni zamanda, rəqibin bəzi aparıcı oyunçuları olmaması məsələsinə münasibət bildirib: “Belə hallar çox olur. Maraqlansaq, onlar bu rejimdə çox oynayıblar. Belə komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmamalıdır. Özümüz də belə hallar yaşamışıq. İndi “Çelsi”nin məşq etməməsi bizim üçün əlavə üstünlük yaratmamalıdır. Yəni, bu məqamı nəzərə alıb, hansısa rahatlıq tapmalı deyilik.

Belə böyük komandaların bir-iki oyunçusunu müzakirə etmək olmaz. Böyük klublardır və böyük hədəfləri var. Bir oyunçu yoxdur, ikisi var. Onların heyəti çox genişdi. Sadəcə onlarda xırda detallar axtarmalı deyilik. Daha çox onların oyun sisteminə uyğunlaşmalıyıq”.

“Qarabağ”ın baş məşqçisi qeyd edib ki, böyük klublara qarşı qalibiyyət çox önəmlidir: “Bu cür oyunlar böyük stimuldur. İngiltərə təmsilçilərinə qarşı qələbəmiz yoxdur, xal da qazanmamışıq. İngiltərə Premyer Liqası tamam başqa səviyyədir, dünyanın ən güclü liqasıdır. Bütün futbol ölkələrini üstələyirlər. Belə rəqiblərə qarşı məğlub olsaq da, uduşumuz var. Əvvəl də demişəm, biz möhkəm durmağı bacarmalı, inamlı mübarizə aparmalıyıq”.

Qurban Qurbanov sabah hansı taktika ilə oynayacaqlarına da aydınlıq gətirib: “Çelsi” son dönəmlərdə rotasiyalara gedir. Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə çıxış edirlər. İki detal var ki, dəyişiklik edirlər. Sabah heyətə uyğun futbolçulara fikirlərimizi bildirəcəyik. Bu komandaların belə oyunlarda heyət dəyişməsi onlar üçün fərq etmir. Çalışacağıq ki, bildiyimizi daha yaxşı edək. Oyunun gedişatında bəzi detallardan istifadə etməyə çalışacağıq. Futbolçular bu oyundan zövq almalıdırlar.

Qurban Qurbanov demək olar start heyəti müəyyənləşdirdiyini, sabah səhər məşqindən sonra yekun qərarın veriləcəyini diqqətə çatdırıb.

O, daim hücumçu axtarışında olduqlarını, bir neçə mövqeyə oyunçu transferi düşündüklərini əlavə edib.

Futbol
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

Futbol
Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Futbol
"Milan"ın hücumçusu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb

"Milan"ın hücumçusu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb

Futbol
Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Futbol
PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

Futbol
DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

Futbol
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
"Qarabağ"la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

"Qarabağ"la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

Futbol
"Barselona" Messiyə heykəl ucaldacaq

"Barselona" Messiyə heykəl ucaldacaq