Beynəlxalq turnirə qatılacaq Azərbaycan boksçularının adları açıqlanıb

Fevralın 2-də Mərakeşdə start götürəcək Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında iştirak edəcək kişi boksçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, fevralın 10-dək davam edəcək yarışda baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 10 idmançı qüvvəsini sınayacaq.

Mütəxəssislər Qızıl kəmər seriyasında Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.

Turnirdə Azərbaycanı Rövşən Qədirov hakim kimi təmsil edəcək.

Bu gün səfərə yollanan komanda fevralın 12-də Vətənə qayıdacaq.

Qeyd edək ki, yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər. Turnirin püşkü fevralın 1-də atılacaq.

Fərdi
"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

Nazim Sadıqov: "UFC-də nokautlarla müqaviləmin müddətini uzadacağam"

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub