"Mayorka" üç qırmızı vərəqə ilə "Atletik"i məğlub edib
İspaniya La Liqasında növbəti turun bir neçə oyunu keçirilib.
QELEBE.AZ xəbər verir ki, səfərdə oynayan "Jirona" "Espanyol" üzərində 2:0 hesablı qələbə qazanıb.
Tur çərçivəsində "Real Madrid" doğma meydanda "Levante"ni 2:0 hesabı ilə məğlub edib.
Günün ən gərgin qarşılaşmalarından biri isə Mayorkada baş tutub. "Mayorka" evdə "Atletik Bilbao"nu 3:2 hesabı ilə üstələyib. Bilbao təmsilçisinin 3 oyunçusu qırmızı vərəqə alaraq meydandan qovulub.

https://qalaba.az//uploads/photo/quotmayorkaquot-uch-qirmizi-vereqe-ile-quotatletikquoti-meglub-edib.webp