“Real”da ciddi itki - BİR AY OYNAYA BİLMƏYƏCƏK
"Real"da ciddi itki yaşanıb.
QELEBE.AZ xəbər verir ki, komandanın yarımmüdafiəçisi Cud Bellinqem zədələnib.
O, "Rayo Valyekano" ilə oyunda (2:1) budun arxa əzələsindən xəsarət alıb.
Futbolçu matçın 10-cu dəqiqəsində əvəzlənib. Meydana Brahim Dias çıxıb.
Tibbi müayinənin nəticələrinə əsasən, 22 yaşlı yarımmüdafiəçiyə sol ayağın yarımsinxir əzələsinin zədəsi diaqnozu qoyulub. Bellinqem təxminən bir ay oynaya bilməyəcək.

https://qalaba.az//uploads/photo/realda-ciddi-itki-bir-ay-oynaya-bilmeyecek.webp