Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

PSJ ilə onun keçmiş hücumçusu Kilian Mbappe arasındakı hüquqi mübarizə yeni mərhələyə qədəm qoyub. Məhkəmə icraçısı Paris klubunun baş qərargahı olan “Factory”yə gələrək, təxminən 6 milyon avro məbləğində ödəniş tələbi təqdim edib. Sözügedən məbləğin Mbappeyə məxsus olduğu və ödənişli məzuniyyətlərə, eləcə də faizlərə uyğun gəldiyi bildirilir.

APA xəbər verir ki, bu addım dekabrın sonunda əmək mübahisələri üzrə məhkəmənin qərarından sonra atılıb. Həmin qərara əsasən, PSJ Kilian Mbappeyə klubda çıxış etdiyi dövrdə ödənilməmiş maaşlar və mükafatlar üçün ümumilikdə 60,9 milyon avro ödəməli idi. “L’Équipe” nəşrinin məlumatına görə, Paris klubu 55 milyon avronu ödəsə də, qalan 5,9 milyon avro hələ də köçürülməyib.

Məhkəmənin müvəqqəti icra qərarına baxmayaraq, bu məbləğin ödənilməməsi Mbappe tərəfini icra məmuru vasitəsilə hərəkətə keçməyə vadar edib. PSJ-nin tələbi yerinə yetirməsi üçün səkkiz gün vaxtı var. Əks halda, məbləğin birbaşa klubun bank hesablarından tutulması riski yaranır.

Paris-Sent-Jermen rəhbərliyi isə verdiyi açıqlamada maaş və mükafatların tam ödənildiyini bildirib və qalan məbləğlə bağlı danışıqların davam etdiyini vurğulayıb. Lakin Mbappe bu versiyanı təkzib edir. Klub fevralın 19-dək apellyasiya şikayəti verə bilər.

Mbappe ilə PSJ arasındakı qarşıdurma yalnız maliyyə məsələləri ilə məhdudlaşmır. Hazırda “Real Madrid”in formasını geyinən futbolçu daha əvvəl də keçmiş klubuna qarşı mənəvi təzyiq (psixoloji zorakılıq) iddiası ilə məhkəmə prosesi başladıb. İddiaların mərkəzində 2023-cü ilin yayında Mbappenin komandanın əsas heyətindən kənarlaşdırılaraq “loft” adlanan qrupda saxlanılması dayanır. Futbol dünyasında mübahisəli hesab edilən bu praktika bəzi oyunçuların əsas heyətdən təcrid olunmasını nəzərdə tutur.

Həmin vaxt dünya çempionu olan hücumçu hüquqi gərginliyi azaltmaq və diqqətini yalnız meydandakı çıxışına yönəltmək üçün bu şikayətdən imtina etmişdi. Kilian Mbappe PSJ ilə münasibətlərində sonuncu və həlledici bir hüquqi mübarizə aparmaq niyyətindədir.

Futbol
Yeddinci liqa klubu ulduz futbolçuya təklif göndərib

Yeddinci liqa klubu ulduz futbolçuya təklif göndərib

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la oynamaq üçün heç bir narahatlıq yoxdur"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la oynamaq üçün heç bir narahatlıq yoxdur"

Futbol
Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Futbol
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq