İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

"Bu, 2024-cü ildə baş tutacaq Paralimpiya Oyunları öncəsi sonuncu dünya çempionatıdır və nüfuzlu yarışa reytinq xalları qazandırır".

"QELEBE.AZ"un məlumatına görə, bunu Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Bakıda keçirləcək paracüdo idman növü üzrə Dünya Çempionatına (2022 IBSA Judo World Championships) həsr edilmiş mətbuat konfransında deyib.

O bildirib ki, yarışın müəyyən xüsusiyyətləri var: "Dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq. 4 ölkədən Bakıya mütəxəssislər gəlib. Hər paneldə 2 həkim olacaq. Burada bütün idmançılar yarışdan 5 gün öncə tibbi təsnifatdan keçəcəklər".

İ.Rəhimovun sözlərinə görə, yarışdan sonra beynəlxalq təlim-məşq toplanışı olacaq: "Hazırlıq prosesi Sumqayıtda baş tutacaq. Orada bütün lazımi şərait var".

MPK prezidenti Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib: "Biz çox sıx işləyirik. Yarışın təşkilində federasiyanın böyük rolu var. Bu, bizə daha böyük ruh verir. Hər zaman yanımızdadırlar və hər xahişimizi müsbət cavablandırırlar. Həmçinin Gənclər və İdman Nazirliyi bizi dəstəkləyir. Bu da bizə əlavə stimul verir".

O, dünya çempionatına 45 ölkədən 260-dək idmançının qatılacağını söyləyib: "Müxtəlif ölkələrdən bizə sifarişlər gəlir. Artıq 30 ölkə öz iştirakını təsdiq edib. Əsasnaməyə görə, "dedlayn" bu gün bitir. Növbəti həftəyə kimi bütün iştirakçı ölkələrin sayı bəlli olacaq. Sentyabrın sonunda bütün ölkələrin və idmançıların siyahısı açıqlanacaq. Yarışda çox güclü idmançılar mübarizə aparacaqlar".

İ.Rəhimov Azərbaycan paracüdoçularının uğurlu çıxışına inandığını vurğulayıb: "İdmançılarımız məsuliyyəti dərk edirlər. Ümid edirəm ki, bu yükün altından çıxıb, xalqımızı sevindirəcək və öz reytinq xallarını artıracaqlar".

IBSA-nın (Beynəlxalq Görmə Məhdudiyyətli İdmanlar Federasiyası) vitse-prezidenti vəzifəsini də daşıyan İ.Rəhimov Afrikanın 3 ölkəsindən Bakıya nümayəndə dəvət olunduğunu əlavə edib: "Afrikada cüdo elə də yaxşı inkişaf etməyib. Orada bu idmanın inkişafına nail olmaq üçün belə bir addım atılıb".

Komitə prezidenti təlim-məşq toplanışı üçün Bakıya gələcək idmançıların xərclərini qarşılayacaqlarını deyib: "Ukrayna bizdən xahiş edib ki, yerli idmançıların burada iştirakına köməklik göstərək. Məsləhətləşmələrdən sonra qərara alındı ki, Ukraynanın 14 paracüdoçusunun Bakıya gəliş xərclərini Beynəlxalq Cüdo Federasiyası, onların burada qalmasınlı isə biz qarşılayacağıq".

Qeyd edək ki, paracüdo üzrə dünya çempionatı 7 - 9 noyabrda keçiriləcək.

Fərdi
Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Fərdi
Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Fərdi
Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Fərdi
Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Ocaq Kubokuna hazırlıq məqsədilə yoxlama məşqi keçirilib

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib