Taleh Məmmədov: "İranlı güləşçilərlə qarşılaşmaya əlavə motivasiya ilə çıxmışdım" - MÜSAHİBƏ

Taleh Məmmədov: "İranlı güləşçilərlə qarşılaşmaya əlavə motivasiya ilə çıxmışdım" - MÜSAHİBƏ

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov karyerasına 2009-cu ildə başlayıb.

63 kq çəki dərəcəsində çıxış edən idmançı 2019 (bürünc) və 2021-ci (bürünc) illərdə Avropa, 2022-ci ildə (bürünc) dünya çempionatının mükafatçısı olub.

34 yaşlı güləşçi son olaraq Xorvatiyada keçirilmiş "Zaqreb Open" reytinq turnirində qızıl medala sahib çıxıb.

Taleh Məmmədov bu yarış və gələcəkdəki planları ilə bağlı "QELEBE.AZ"a müsahibə verib.

- İlin ilk yarışında qalib oldunuz. Təəssüratlarınız necədir?
- İlk olaraq məndən qələbə gözləyən, bu uğuruma sevinən hər kəsə təşəkkür edirəm. Tam formada olmasam da, xarakterim hesabına güləşdim və ölkəmə qızıl medal bəxş etdim. Hər zaman olduğu kimi, bu turnirdə də qızıl medalsız qalmadığımız üçün sevinirəm.

- Yarışın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Avropa və dünya çempionatlarında hər ölkənin 1 nömrəli idmançısı burada mübarizə aparırdı. Amma bu kimi yarışlarda ölkələr bir çəkidə 3 nəfərlə də təmsil oluna bilir. İki iranlı ilə üz-üzə gəldim və bunlar bir-birindən ağır görüşlər oldu.

- İki iranlı güləşçini məğlub etdiniz. İndiki dönəmdə bu, sizin üçün nə qədər önəmli idi?
- Bir ay əvvəl Bakıdakı Dünya Kubokunda bu iranlılardan birinə uduzmuşdum. Bəzilərinin ürəyincə idi və haqqımda nə gəldi yazırdılar. Deyirdilər ki, idmanı atmalıdır, qocalıb və yarışa aparılmamalıdır. Məni həqiqətən istəyənlər şəxsidə yazıb fikirlərini bildirə bilərdilər. Bunlar bizim ölkəmizin qələbələrinə sevinməyən insanlardır. Amma sübut etdim ki, idmanda qalib gəlmək də, məğlub olmaq da var. Bunun yaşla əlaqəsi yoxdur, uduzduğum rəqibə də qalib gəldim. Hazırda ölkəmə qarşı haqsızlıqların olduğunu da bilirəm. Bir az da olsa, qalib gələrək xalqımızı sevindirə bildim. Məqsədlərimiz böyükdür. Digər yarışlara yaxşı hazırlaşıb, bizi istəməyənləri nailiyyətlərimizlə susdurmalıyıq.

- Həmin görüşlərə əlavə motivasiya ilə çıxmışdınız?
- Əlbəttə. Çünki İrandakı səfirliyimizdə törədilən terrordan sonra onlara qarşı ancaq qaləbə haqqında düşünürdüm. Xalqımızın az da olsa iranlı idmançı üzərində qələbəmə sevinəcəyini bilirdim.

- Yarışdakı qələbənizi kimə həsr etdiniz?
- Bu, bizi istəyən hər kəsin uğuru idi. Mənim üçün xüsusi bir nəfər var, qələbəmi də ona həsr edirəm (gülür).

- 2023-cü ilə yaxşı start verdiniz. Artıq olimpiya çəkisində güləşməyi hədəfləyirsiniz?
- Bu il 63 kq-da güləşmək niyyətindəyənm. Əgər 60 kq-da bu il lisenziya qazanan olmasa, növbəti il turnirlərin birində 60 kq-da özümü yoxlamaq istəyirəm.

- Lisenziya qazanacağınız təqdirdə olimpiadada hədəf nə olacaq?
- Artıq Avropa və dünya çempionatında qızıl medal qazanmağı hədəfləyirəm. Qismət olsa, olimpiadada iştirak etsəm, medal üçün əlimdən gələni edəcəyəm. Bundan sonra isə karyeramı bitirəcəyəm. Çünki bu şans bir də olmayacaq.

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Fərdi
Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar