İlqar Qurbanov: “Zəlzələ olanda yayılan səs indiyə kimi qulaqlarımdan getmir”

İlqar Qurbanov: “Zəlzələ olanda yayılan səs indiyə kimi qulaqlarımdan getmir”

“1999-cu ildə səhər saatlarında zəlzələ olanda yayılan səs indiyə kimi qulaqlarımdan getmir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Türkiyənin “Fənərbağça” klubunun yetirməsi olan Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov 1999-cu ildə İstanbulda baş verən zəlzələ barədə danışarkən deyib.

2000-2004-cü illərdə “Fənərbağça”nın akademiyasında çıxış edən Qurbanov 20 000-ə yaxın adamın həlak olduğu 1999-cu ildəki zəlzələni belə xatırlayıb: “O hissi çox yaxşı bilirəm. 1999-cu ildə yaşanan faciəvi zəlzələ zamanı mən də İstanbulda yaşayırdım. Həmin vaxt uşaq olsam da, bunun acısını hiss etmişəm. 15 gün parkda yatmışdıq”.

Qurbanov fevralın 6-da gecə saatlarında Türkiyənin müxtəlif şəhərlərində baş verən zəlzələ ilə bağlı məlumatları izlədiyini əlavə edib: “Çox adam ağır vəziyyətdədir, dağıntılar altında qalıb. Bildiyim qədərilə “Hatayspor”un idman direktoru Taner Savutun vəziyyəti qeyri-müəyyəndir. Onu yaxşı tanıyıram. “Fənərbağça”da komanda yoldaşım olan Volkan Dəmirəl də hazırda “Hatayspor”un baş məşqçisidir. Onun paylaşdığı videoları izləmişəm. Kahramanmaraşdakı insanların vəziyyəti daha acınacaqlıdır. Həmçinin Malatyadakı futbolçulardan da xəbər yoxdur. Ümumi vəziyyət çox pisdir. Allah köməkləri olsun”.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 adam həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Futbol
La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Futbol
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Futbol
Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

Futbol
"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Futbol
Onilliyin 11 bombardiri açıqlanıb

Onilliyin 11 bombardiri açıqlanıb