“Qalatasaray” fransalı müdafiəçisi ilə yollarını ayıra bilər
Millimiz Malta ilə bacarmadı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu bu gün keçirib.
Apasport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərindəki üçüncü görüşündə Malta yığması ilə qarşılaşıb.
“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesablı heç-heçə başa çatıb. Komandamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.
Bununla millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.
Qeyd edək ki, U-17 qrupdakı ilk iki oyununda Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə heç-heçə edib.

https://qalaba.az//uploads/photo/millimiz-malta-ile-bacarmadi.webp