Nəriman oynadı, komandası 1/4 finala yüksəldi
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” ABŞ Kubokunda 1/8 final oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, komanda I liqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb.
Oyun “Kolumbus Kru”nun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.
Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
“Kolumbus Kru” bu qələbə ilə 1/4 finala yüksəlib.

https://qalaba.az//uploads/photo/neriman-oynadi-komandasi-14-finala-yukseldi.webp