"Sabah" son 9 mövsümdə bunu bacaran ilk komanda oldu
Azərbaycan Kubokunun qalibi adını qazanan “Sabah” ötən mövsümdə əldə etdiyi titulu qoruyub.
QELEBE.AZ xəbər verir ki, Bakı klubu son 9 mövsümdə ilk komanda olub ki, ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb.
Sonuncu dəfə buna “Qarabağ” nail olub. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/15, 2015/16, 2016/17) kubok qazanıb.
Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan “Neftçi” öncə 1994/95, 1995/96, ardınca 2012/13, 2013/14 mövsümlərində bunu bacarıb. Kəpəz” (1996/97, 1997/98) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) da eyni nailiyyəti gerçəkləşdirib.

https://qalaba.az//uploads/photo/quotsabahquot-son-9-movsumde-bunu-bacaran-ilk-komanda-oldu.webp