Qəzənfər Abbasovun taleyi qeyri-müəyyəndir: “DANIŞIQ OLMAYIB”
“Klub rəhbərliyi ilə görüşümüz olmayıb. Pley-off matçından sonra hansısa yenilik yoxdur”.
Bu sözləri “Apasport”a açıqlamasında Qəzənfər Abbasov deyib.
“Qaradağ Lökbatan”ın baş məşqçisi klubda taleyinin qeyri-müəyyən olduğunu bildirib.
Çalışdırıcı başqa klublardan təklif almadığını söyləyib:
“Hələlik təklif yoxdur. Mən məşqçiyəm və bu, mənim işimdir. Klublardan qaneedici təklif alsam, dəyərləndirəcəm”.
Qeyd edək ki, mütəxəssis mövsümün əvvəlindən “Qaradağ Lökbatan”a rəhbərlik edir.

https://qalaba.az//uploads/photo/qezenfer-abbasovun-taleyi-qeyri-mueyyendir-danishiq-olmayib.webp