Meksika - İngiltərə oyunu təxirə salındı - Başlama vaxtı dəyişdi
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilməli olan Meksika - İngiltərə qarşılaşması planlaşdırılan vaxtda başlamayacaq.
Apasport.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən görüşün startı ən azı 1 saat təxirə salınıb. FIFA təhlükəsizlik protokollarına uyğun olaraq ildırım riski aradan qalxdıqdan sonra oyunun yeni başlama vaxtını açıqlayacaq.
Qeyd edək ki, Meksikanın Ekvadorla 1/16 final matçı da eyni səbəbdən 1 saat gec başlamışdı.

https://qalaba.az//uploads/photo/meksika-ingiltere-oyunu-texire-salindi-bashlama-vaxti-deyishdi.webp