Xviça Kvaratsxeliya "Napoli"də yeni rekorda imza atıb
Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunun tarixinə düşüb.
"QELEBE.AZ" "Opta Sports"a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna Almaniyada "Ayntraxt" (Frankfurt) komandasına 2:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.
İkinci qolda məhsuldar ötürmənin müəllifi olan gürcüstanlı forvard Neapol təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 4 assist edən ilk oyunçudur.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması martın 15-də olacaq.

https://qalaba.az//uploads/photo/xvicha-kvaratsxeliya-napolide-yeni-rekorda-imza-atib.webp











