Cəlal oynadı, komandası qələbə qazandı

Cəlal oynadı, komandası qələbə qazandı

Rumıniya çempionatında IV turun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" "Otselul"u qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Lundulu vurub

Cəlal Hüseynov 75-ci dəqiqədə meydana çıxıb. 

Qeyd edək ki, bu qələbədən sonra "Petrolul" 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.