İtaliano "Beşiktaş" tarixinə düşdü - Bunu bacaran ilk məşqçi oldu
“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtaliano klub tarixinə düşüb.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Çexiya təmsilçisi “Hradec Kralove” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra nail olub.
“Qara qartal” ilk görüşdə də eyni hesabla qalib gəldiyi rəqibini mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə yüksəlib.
İtaliano avrokuboklarda “Beşiktaş”la ilk 4 oyunun hamısında qələbə qazanan ilk baş məşqçi olub.
Onun rəhbərliyi altında İstanbul klubu “Hradec Kralove”ni iki dəfə 1:0, “Midtyulland”ı isə 2:0 və 1:0 hesabı ilə məğlub edib.

https://qalaba.az//uploads/photo/italiano-quotbeshiktashquot-tarixine-dushdu-bunu-bacaran-ilk-meshqchi-oldu.webp