Super Liqa: “Beşiktaş” məğlub oldu, “Trabzonspor” evində 3 xal qazandı

Super Liqa: “Beşiktaş” məğlub oldu, “Trabzonspor” evində 3 xal qazandı

Türkiyə Super Liqasında II turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, günün ilk matçında “Trabzonspor” doğma meydanda “Başakşəhər”i qəbul edib.

Üç qolun vurulduğu qarşılaşmada meydan sahibləri qalib gəlib. “Trabzonspor”un yeni transferi Məhəmməd Salahın dublu komandasına 2:1 hesablı qələbə qazandırıb.

“Beşiktaş” səfərdə “Alanyaspor”a 0:1 hesabı ilə uduzub.

“Gənclərbirliyi” isə doğma meydanda “Göztəpə”ni 1:0 hesabı ilə məğlub edib.