Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Türkiyə Super Liqasında IV tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Son çempion "Qalatasatay" səfərdə "Başakşəhər"lə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada qapılara 5 qol vurulub. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura sentyabrın 7-də yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/super-liqa-qalatasaray-3-xali-3-qolla-qazanib.webp











