Yeni Kaledoniyadan dəstək aksiyasının iştirakçısı: Gənc futbolçularımızın bizi Bakıda təmsil etməsi böyük qürurdur
Gənclərimizin bu böyük dünya tədbirində iştirakına dəstək olmaq, onları müşayiət etmək və ruhlandırmaq üçün buradayıq. Bu gün burada olmaqdan böyük qürur duyuruq.
APA xəbər verir ki, bunu Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui–Tahiti) komandalarına dəstək aksiyasında Yeni Kaledoniyadan olan iştirakçı deyib.
O bildirib ki, Kanaki–Yeni Kaledoniyadan gələn kiçik nümayəndə heyəti gənc futbolçulara dəstək göstərir.
“Kanaki–Yeni Kaledoniya kiçik ölkədir, lakin gənclərimiz burada bizi təmsil edirlər və bu, böyük qürur mənbəyidir. Onlar dünya səviyyəsində gənc futbolçularla qarşılaşacaqlar. Biz də hörmət, təvazökarlıq və sadəlik dəyərlərini əsas tutaraq onları müşayiət edirik”, – deyə aksiya iştirakçısı vurğulayıb.

https://qalaba.az//uploads/photo/yeni-kaledoniyadan-destek-aksiyasinin-ishtirakchisi-genc-futbolchularimizin-bizi-bakida-temsil-etmesi-boyuk-qururdur.webp











