Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
“Araz-Naxçıvan” Azərbaycan Kubokunun II təsnifat mərhələsində səfərdə “Şimal”ı 6:0 hesabı ilə məğlub edib.
QELEBE.AZ xəbər verir ki, Naxçıvan təmsilçisinin məşqçisi Zaur İsmayılov oyundan sonra fikirlərini bölüşüb:
“Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün mübarizə apardıq. İlk hissə gərgin keçdi. Rəqib müqavimət göstərməyi bacardı. Fasilədə müəyyən tapşırıqlar verdik və ikinci hissədə bunun nəticəsini gördük. Komanda daha çox hərəkət etdi və yaratdığı imkanları reallaşdırmağı bacardı.
Oyunun gedişində digər matçlarda meydana çıxmayan futbolçulara da şans verməyə çalışdıq. “Şimal”ı da yaxşı mübarizəyə görə təbrik edirəm”.

https://qalaba.az//uploads/photo/zaur-ismayilov-ikinci-hissede-bunun-neticesini-gorduk.webp