Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Nihat Məmmədli (63 kq) həlledici görüşə 4 xallıq fəndlə başlayaraq ilk dəqiqələrdən üstünlük əldə edib. Lakin qarşılaşmanın sonrakı dəqiqələrində ermənistanlı Karen Aslanyan hesabda önə keçərək 8:4 hesabıyla qalib gəlib. Bununla da Məmmədli dünya çempionatının gümüş medalını qazanıb.

Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda mübarizədə qazaxıstanlı Bağdat Sabaza 5:8 fərqiylə uduzub