“Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
“Fənərbaxça”nın baş məşqçisi vəzifəsindən ayrılan İsmail Kartala futbolçularından vida mesajları gəlib.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisinin üzvləri Kerem Aktürkoğlu, İrfan Can Kahveci, Mert Hakan Yandaş və Natan Ake sosial şəbəkə hesablarında türkiyəli mütəxəssisə təşəkkür ediblər.
Kerem Aktürkoğlu paylaşımında Kartalla qısa müddət də olsa işləmək fürsəti qazandığı üçün özünü şanslı hesab etdiyini bildirib:
“Əziz İsmail müəllim, sizi tanıdığım və qısa müddət də olsa sizinlə işləmək imkanı qazandığım üçün özümü çox şanslı hiss edirəm. Mənə qazandırdığınız hər şeyə və bizim üçün çəkdiyiniz bütün zəhmətə görə sizə təşəkkür edirəm. Bundan sonrakı həyatınızda hər şey ürəyinizcə olsun. Yolunuz açıq olsun”.
İrfan Can Kahveci də sabiq baş məşqçisinə təşəkkür edib:
“Çəkdiyiniz zəhmətə və birlikdə yaşadığımız hər şeyə görə sizə və komandanıza təşəkkür edirəm, müəllim. Yolunuz açıq olsun”.
Niderlandlı müdafiəçi Natan Ake isə İsmail Kartalla birgə fotosunu paylaşaraq “Təşəkkür edirəm, müəllim” sözlərini yazıb.
“Fənərbaxça”nın digər futbolçusu Mert Hakan Yandaş da İsmail Kartalla vidalaşıb. Təcrübəli yarımmüdafiəçi sosial şəbəkə hesabında türkiyəli mütəxəssislə qucaqlaşdığı anların videosunu paylaşıb.
Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 27-də İsmail Kartalın istefasını qəbul edib. Klub yeni baş məşqçi təyin olunana qədər komandanı müvəqqəti olaraq Dirk Kuytın çalışdıracağını açıqlayıb.

https://qalaba.az//uploads/photo/fenerbaxchanin-futbolchularindan-ismail-kartala-vida.webp