“Marafon” Türkiyədə ardıcıl üçüncü məğlubiyyətini aldı

“Marafon” Türkiyədə ardıcıl üçüncü məğlubiyyətini aldı

Azərbaycanın “Marafon” çimərlik futbolu komandası Türkiyədə keçirilən “World Winners Cup Alanya 2026” turnirində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, F qrupunda mübarizə aparan təmsilçimiz üçüncü turda Bolqarıstanın “Spartak” klubu ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:1 hesabı ilə üstün olan Bolqarıstan təmsilçisi qələbə qazanıb.

Bununla da “Marafon” turnirdə ardıcıl üçüncü məğlubiyyətini alıb.

Qeyd edək ki, Azərbaycan klubu ilk turda Çinin TMS komandasına 2:4, ikinci görüşdə isə Ukraynanın “Sunrise” (Kiyev) kollektivinə 6:8 hesabı ilə uduzub.