“Kəpəz” “Baku Sportinq”ə qarşı - YENİLƏNİR
Bu gün futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutacaq.
Premyer Liqa təmsilçilərindən “İmişli” “Qaradağ Lökbatan”ı, “Kəpəz” isə “Baku Sportinq”i qəbul edəcək. “Şamaxı” “Hypers”in qonağı olacaq.
Digər görüşlərdə “Şəfa” “Ağstafa Gəncləri” ilə, MOİK isə “Şahdağ Qusar”la üz-üzə gələcək.
Bu mərhələdə qaliblər bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
14:00. “İmişli” – “Qaradağ Lökbatan” 4:1
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Stadion: Yevlax şəhər stadionu.
14:00. MOİK – “Şahdağ Qusar” 1:9
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Stadion: Binə qəsəbə stadionu.
14:00. “Hypers” – “Şamaxı” 1:5
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Stadion: Şamaxı şəhər stadionu.
16:00. “Şəfa” – “Ağstafa Gəncləri” 9:2
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Stadion: “SOCAR Polymer Arena”.
19:00. “Kəpəz” – “Baku Sportinq” 0:0
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Stadion: Gəncə şəhər stadionu.
Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmalarda “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib. “Zirə” isə “Səbail”lə əsas vaxtı 2:2 başa çatan görüşdə penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/kepez-baku-sportinqe-qarshi-yenilenir.webp