“Kəpəz”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı” və “Şəfa” növbəti mərhələdə - YENİLƏNİB

“Kəpəz”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı” və “Şəfa” növbəti mərhələdə - YENİLƏNİB

Azərbaycan Kubokunun II təsnifat mərhələsində növbəti oyunlar keçirilib.

QELEBE.AZ xəbər verir ki, mərhələnin ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Günün ən böyükhesablı qələbəsini “Şahdağ Qusar” qazanıb. Komanda MOİK-i 9:1 hesabı ilə məğlub edib. “Şəfa” “Ağstafa Gəncləri”ni 9:2, “Şamaxı” isə “Hypers”i 5:1 hesabı ilə üstələyib.

Digər görüşlərdə “İmişli” “Qaradağ Lökbatan”a 4:1, “Kəpəz” isə “Baku Sportinq”ə 3:1 hesabı ilə qalib gəlib.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr

14:00. “İmişli” – “Qaradağ Lökbatan” 4:1
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Stadion: Yevlax şəhər stadionu.

14:00. MOİK – “Şahdağ Qusar” 1:9
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Stadion: Binə qəsəbə stadionu.

14:00. “Hypers” – “Şamaxı” 1:5
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Stadion: Şamaxı şəhər stadionu.

16:00. “Şəfa” – “Ağstafa Gəncləri” 9:2
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Stadion: “SOCAR Polymer Arena”.

19:00. “Kəpəz” – “Baku Sportinq” 3:1
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Stadion: Gəncə şəhər stadionu.

Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmalarda “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib. “Zirə” isə “Səbail”lə əsas vaxtı 2:2 başa çatan görüşdə penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.