Yunanıstanlı baş məşqçi: "Azərbaycan millisi daha keyfiyyətli komandadır"
"Rəqib bizdən daha keyfiyyətli komandadır".
"QELEBE.AZ"un məlumatına görə, bunu futzal üzrə Yunanıstan yığmasının baş məşqçisi İoannis Ziavas Bakıda Azərbaycan millisinə 2:5 hesabı ilə uduzduqları DÇ-2024-ün əsas mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib: "Şanslardan istifadə edə bilmədik. 4 qol vurandan sonra Azərbaycan seçməsi rahat çıxış etməyə başladı. Artıq irəliyə baxmalıyıq. Bu ölkəni sevinirik. Uduzduğumuz üçün təəssüflənirəm. Növbəti görüşlərdə rəqibə uğurlar arzu edirəm".

https://qalaba.az//uploads/photo/yunanistanli-bash-meshqchi-azerbaycan-millisi-daha-keyfiyyetli-komandadir.webp











