Liqa 1: PSJ “Nant” üzərində inamlı qələbə qazanıb

Liqa 1: PSJ “Nant” üzərində inamlı qələbə qazanıb

Fransa Liqa 1-in 26-cı turunda PSJ-nin “Nant”ı qəbul etdiyi matç başa çatıb.

“Report” xəbər verir ki, görüş Parisin “Park des Prens” stadionunda baş tutub.

Matçın baş hakimi Jeremi Stinin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənib. Bu görüşdə meydan sahibləri 4:2 hesabı ilə qələbə qazanıb.

Parislilər görüşün 12-ci dəqiqəsində artıq önə keçiblər - argentinalı hücumçu Lionel Messi fərqlənib. Beş dəqiqə sonra qonaqların müdafiəçisi Jauen Adjam topu öz qapısına göndərərək PSJ-nin üstünlüyünü artırıb. 31-ci dəqiqədə “Nant” Lüdovik Blasın qolu sayəsində fərqi azaldıb, 7 dəqiqə sonra isə hesabı bərabərləşdirib - İqnatius Qanaqo qola imza atıb. 60-cı dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Danilo Pereyra Kilian Mbappenin ötürməsi ilə komandasını irəli çıxarıb. 90+2-ci dəqiqədə Mbappe görüşün yekun nəticəsini müəyyənləşdirib - 4:2.

Görüşün nəticəsində meydan sahibləri 63 xal toplayıb və ikinci pillədə qərarlaşan “Marsel”lə fərqi 11 xal çatdırıblar. 28 xalı olan “Nant” isə 13-cü pillədə qalıb.

Çempionatın növbəti turunda PSJ “Brest” (11 mart), “Nant” isə “Nitsa” (12 mart) ilə qarşılaşacaq.

Futbol
Azərbaycanlı hakim: “Birinci kateqoriyada möhkəmlənməyi düşünürəm”

Azərbaycanlı hakim: “Birinci kateqoriyada möhkəmlənməyi düşünürəm”

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

Futbol
"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

Futbol
AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

Futbol
Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Futbol
RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

Futbol
Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib