“Sabah”ın qapıçısı “quru oyunlar”a görə “Top-5” liqaların cəmi 5 futbolçusundan geri qalır

“Sabah”ın qapıçısı “quru oyunlar”a görə “Top-5” liqaların cəmi 5 futbolçusundan geri qalır

Avropanın “Top-5” liqalarında 2022/2023 mövsümündə ən çox oyunda qol buraxmayan qapıçıların adları müəyyənləşib.

“QELEBE.AZ”un məlumatına görə, siyahı qolkiperlərin klublarının heyətində keçirdikləri bütün turnirlərdəki matçlara əsasən hazırlanıb.

Cari mövsüm rəqib hücumçuları üçün keçilməz səddə çevrilən İspaniyanın “Barselona” klubunun “1 nömrəsi” Mark-Andre ter Ştegen meydana çıxdığı 36 görüşün 21-də qapısından top buraxmayıb.

İspaniya La Liqasında çıxış edən digər qolkiper Aleks Remiro ikinci sırada qərarlaşıb. “Real Sosyedad”ın üzvü 17 “quru oyun” keçirib. İngiltərə təmsilçisi “Mançester Yunayted”in qapıçısı David De Xea da eyni sayda görüşdə komandasının mərkəzə dəvət edilməsinə imkan verməyib. Ancaq De Xea həmkarından daha çox matçda bunu bacarıb.

Müqayisə üçün əlavə edək ki, Azərbaycanda çıxış edən qapıçılardan ən yaxşı göstəriciyə “Sabah”ın gənc futbolçusu Yusif İmanov imza atıb. 21 yaşlı qolkiper cari mövsüm ümumilikdə 28 matçın 15-də qol buraxmayıb. “Böyük beşlik” ölkələrindəki 98 elita klubunun qapıçılarından yalnız 5-i bu baxımdan onu qabaqlaya bilib.

“Neftçi”nin qolkiperi İvan Brkiç 24 görüşün 12-də, “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev isə 23 qarşılaşmanın 11-də rəqiblərə fərqlənmək şansı verməyiblər.

Futbolçu

Klubu

Oyun

Qol
buraxmadığı
oyun

1

Mark-Andre ter Ştegen

“Barselona”

36

21

2

Aleks Remiro

“Real Sosyedad”

36

17

3

David De Xea

“Mançester Yunayted”

40

17

4

Nik Pop

“Nyukasl”

30

16

5

İvan Provedel

“Latsio”

32

16

6

Aleks Meret

“Napoli”

33

15

7

Yehvann Diuf

“Reyms”

23

14

8

Andre Onana

“İnter” 27

14

9

Yan Oblak

“Atletiko”

33

14

10

Mark Flekken

“Frayburq”

31

13

Futbol
“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

Futbol
Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Ronaldo: “PSJ-yə keçməyi xəyal edirəm”

Futbol
Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Millətlər Liqası: Qazaxıstan yığması B Divizionuna vəsiqəni təmin edib

Millətlər Liqası: Qazaxıstan yığması B Divizionuna vəsiqəni təmin edib

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

Futbol
Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib