İbrahimoviç Azərbaycan millisi ilə oyunda əsas heyətdə çıxış etməyəcək
İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunda əsas heyətdə çıxış etməyəcək.
“QELEBE.AZ” xəbər verir ki, bunu Skandinaviya təmsilçisinin baş məşqçisi Yanne Andersson deyib.
O bildirib ki, bir illik fasilədən sonra yığmaya dəvət edilən 42 yaşlı hücumçu qarşıdakı matçlarda ehtiyatda olacaq: “Mən onu start heyət üzvü kimi görmürəm. “Milan”da olduğu kimi, burada da əsasən əvəzetmədən meydana girmək imkanı olacaq”.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, 27-də isə Azərbaycan millisini Solna şəhərində qəbul edəcək.

https://qalaba.az//uploads/photo/ibrahimovich-azerbaycan-millisi-ile-oyunda-esas-heyetde-chixish-etmeyecek.webp











