"Bavariya"nın baş məşqçisi vəzifəsindən istefa verib

"Bavariya"nın baş məşqçisi vəzifəsindən istefa verib

Almaniyanln "Bavariya" futbol klubunun baş məşqçisi Yulian Nagelsmann Münhen klubunun baş məşqçisi postunu tərk edib.

Bu barədə “QELEBE.AZ” klubun mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, onu həmyerlisi Tomas Tuxel əvəzləyib.

Tuxel klubla 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb və gələn bazar ertəsi ilk dəfə komandanın məşqinə rəhbərlik edəcək. Nagelsmannla birlikdə onun köməkçiləri Dino Toppmeller, Benjamin Qlyuk və Xaver Zembrod da klubdan ayrılıb.

Daha əvvəl Nagelsmannla klubdan ayrılmasına səbəb kimi komandanın DÇ-2022-dən sonra Bundesliqadakı qeyri-qənaətbəxş çıxışı, eləcə də futbolçuların ləng inkişafı göstərilib. Qətərdə keçirilən dünya çempionatından sonra “Bavariya” 9 xallıq üstünlüyünü itirib və hazırda Dortmund “Borussiya”sından bir xal geri qalaraq turnir cədvəlində ikinci yerdədir (52 xal).

Yulian Nagelsmannın baş məşqçi postundan getməsi, Münxen klubu rəhbərliyinin Tomas Tuxellə anlaşması gözlənilən idi. Daha əvvəl bildirilirdi ki, klub alman mütəxəssislə 2,5 illik müqavilə imzalayacaq.

Tuxelin son iş yeri 2022-ci ilin sentyabrında Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Dinamo Zaqreb"ə uduzduqdan (0:1) sonra vəzifəsindən uzaqlaşdırıldığı İngiltərənin "Çelsi" klubu olub. “Mavilər” Tuxellə 2020/2021 mövsümündə Çempionlar Liqasının, 2022-ci ildə isə Klublararası Dünya Kubokunun qalibi olub.

Futbol
"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

Futbol
Tanınmış futbolçu karyerasını "Barselona"da bərpa edib

Tanınmış futbolçu karyerasını "Barselona"da bərpa edib

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

Futbol
Perulu məşhur futbolçu karyerasını başa vurub

Perulu məşhur futbolçu karyerasını başa vurub

Futbol
"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Futbol
Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Futbol
"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub