Şahmat tacı uğrunda görüşlərdə dopinq testi olacaq
Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda görüşlərdə dopinq testi olacaq.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib.
FIDE rəhbəri şahmatda heç vaxt dopinqin aşkarlanmadığını da söyləyib: "Buna baxmayaraq, Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə müqaviləmizə uyğun olaraq biz qrossmeysterlərdən hər qarşılaşmada bir dəfə dopinq testi almalıyıq".
Qeyd edək ki, şahmat tacı uğrunda görüş aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

https://qalaba.az//uploads/photo/shahmat-taci-ugrunda-gorushlerde-dopinq-testi-olacaq.webp











