Azərbaycan millisinin üzvü: "Minadan əziyyət çəkənlər böyük əzmlə futbol oynayırlar"
"Bizim komandamızın əksər üzvləri minadan əziyyət çəkmiş vətandaşlardır. Buna baxmayaraq, böyük əzm və həvəslə oynayırlar".
Bunu "Report"a açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında keçirilmiş oyunun iştirakçısı Kənan Pirizadə deyib.
"Qarabağ" amputant klubunun və millinin üzvü tədbirin çox gözəl təşkil olunduğunu deyib: "Göstərmək istəyirik ki, amputasiyası olmuş hər bir Azərbaycan vətəndaşı idmanla məşğul ola bilər. Biz bunun cari nümunəsiyik".
Pirizadə idmanın sağlamlıq olduğunu söyləyib: "Daha əvvəl yanaşmamız fərqli idi. Amma amputasiya olunandan sonra idmana başqa mövqedən baxdıq. Minadan zərər çəkmiş insanlar idmanla məşğul olmalıdırlar".

https://qalaba.az//uploads/photo/azerbaycan-millisinin-uzvu-minadan-eziyyet-chekenler-boyuk-ezmle-futbol-oynayirlar.webp











