Laurentsiu Regekampf: "Cavab matçında rəqibə başqa üzümüzü göstərməliyik"

Laurentsiu Regekampf: "Cavab matçında rəqibə başqa üzümüzü göstərməliyik"

"Nəticə və oyuna görə xoşbəxt deyiləm. Vəziyyəti çox çətinləşdirdik, səviyyəmizə uyğun çıxış etmədik. Cavab matçında rəqibə başqa üzümüzü göstərməliyik".

"QELEBE.AZ"un məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, cavab qarşılaşmasında hər şey ola bilər: "Bu gün rəqibin etdiklərini biz edə bilmədik. Amma komandama 100 faiz inanıram. Ümumi vəziyyəti xeyrimizə dəyişə bilərik. Daha konsentrasiyalı oynamalıyıq. Bu cür vəziyyətlərə öyrəşmişik. İnanıram ki, geridönüş edə biləcəyik".

Onun sözlərinə görə, məğlubiyyətə bir çox amil səbəb ola bilər: "Bunlardan biri örtüyün süni olmasıdır. Bu barədə futbolçularımla çox danışıram. Əslində səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Ən azından döyüşməliydik. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bunun üçün də qollar vurmalıyıq. "Bakcell Arena"da nə baş verəcəyini bilirik. Öz oyunumuzu oynamağa çalışacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 26-da baş tutacaq.

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edib

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edib

Futbol
"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Futbol
UEFA yeni turnir yaradır

UEFA yeni turnir yaradır

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
"Şamaxı" klubu futbolçusu ilə müqaviləni ləğv edib

"Şamaxı" klubu futbolçusu ilə müqaviləni ləğv edib