Rəşad Sadıqov: "Qolun niyə sayılmadığını anlamadım, xətti diaqonal çəkmişdilər"

Rəşad Sadıqov: "Qolun niyə sayılmadığını anlamadım, xətti diaqonal çəkmişdilər"

"Qolun niyə sayılmadığını başa düşmədim. Xətti diaqonal çəkmişdilər. Bunun açıqlamasını versələr, yaxşı olar".

"Report"un məlumatına görə, bunları "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Turan Tovuz"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXXII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, matçın qırılma nöqtəsi Vladislav Kulaçın vurduğu qolun sayılmaması olub: "Həmin epizod bizim qapımızda yaşansaydı, qolu qeydə alacaqdılar, heç baş hakim VAR-a da çağırılmayacaqdı. Penalti zamanı 8 dəqiqəlik fasilə yarandı, zərbəni vuran futbolçu uzun müddət gözlədi. VAR-a bu qədər baxmazlar. Rauf Cabbarov canlı səddi quranda 3-5 dəqiqə futbolçularla mübahisə etdi. Belə futbol olar? Bu cür hallar oyunu çox "sındırır". Uduzmuşuq deyə, bunların üzərində çox dayanmaq istəmirəm. Rəqibi təbrik edirəm. Daha yaxşı oynamalı idik".

O, görüşü şərh etməyin çox çətin olduğunu söyləyib: "Qələbəyə köklənmişdik. Amma oyun bizim üçün tərs başladı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Bundan sonra çoxsaylı hücumlar etsək də, nəticədə öz əksini tapmadı. İlk hissədəki hadisələrə görə futbolçular çox gərgin idilər. Fasilədə onları sakitləşdirməyə çalışdıq. Amma ikinci yarı da eyni ssenari ilə başladı. Əslində hər şey başqa cür də bitə bilərdi. Amma rəqib bu gün 4 standart vəziyyətdən qol vurdu, biri sayılmadı. Nə vurdularsa, hamısı qol oldu".

Baş məşqçi bu mövsüm çox şanssızlıq yaşadıqlarını vurğulayıb: "Meydana buraxmaq üçün cinah müdafiəçisi tapa bilmirdik. Üçü zədəli, biri isə cəzalı idi. Məğlubiyyətlə barışıb növbəti turlara baxacağıq. Qarşıda bizi daha 4 oyun gözləyir. Dördüncü yerdəki "Qəbələ" ilə xal fərqimiz artdı. Əslində hər şey ötən turda oldu. "Qəbələ" geridönüş etdi, biz isə son dəqiqədə qələbə topunu vura bilmədik. Nəticədə komandanın üstündə psixoloji təzyiq yarandı".

Sadıqov komandasının son 3 oyunda standart vəziyyətdən qol buraxmasına da toxunub: "Bəzən meydana hücumameylli futbolçuları buraxırsan və onlar standart vəziyyətlər zamanı zəif olurlar. Bu amil də öz rolunu oynadı. Amma bu qədər olmamalıdır. Dörd standart vəziyyətin hamısının qolla nəticələnməsi bir oyun üçün bir az çoxdur".

Futbol
Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

Futbol
Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Futbol
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Futbol
Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"