Azərbaycan derbisi tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyaları - ARAŞDIRMA

Azərbaycan derbisi tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyaları - ARAŞDIRMA

Premyer Liqanın XXXII turunda “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən “Qarabağ” əzəli rəqibi önündə Azərbaycan derbilərindəki uğurlu seriyasını davam etdirib.

“Report”un araşdırmasına görə, çempionatın son 8 oyununda “ağ-qaralar”a uduzmayan Ağdam təmsilçisi ən uzunmüddətli məğlubiyyətsizlik rekorduna bir addım da yaxınlaşıb.

Azərbaycan çempionatları tarixində yalnız bir dəfə iki komandadan biri digəri önündə 9 matçlıq uğurlu seriya yaxalayıb. Bu, 2016-2018-ci illərə təsadüf edib. 20 fevral 2016 – 14 mart 2018-ci illər aralığında Qurban Qurbanovun kollektivi 7 görüşdə qələbə qazanıb, 2-də isə heç-heçə edib.

2021-ci il sentyabrın 12-dən uğurlu seriyaya başlayan “Qarabağ” növbəti mövsümün ilk duelində “Neftçi”yə məğlub olmasa, rekordu təkrarlayacaq. Qalibiyyət təqdirində isə ağdamlılar 9 matçlıq periodda ilk dəfə 8 qələbə qazanmış olacaqlar.

Ümumiyyətlə, indiyə qədər “Qarabağ” iki dəfə 8, bir dəfə 7 görüşlük seriyaya nail olub. “Neftçi” isə iki müxtəlif dönəmdə ardıcıl 7 qarşılaşmada “Qarabağ”a uduzmayıb.

Seriyalar zamanı ən çox qol hazırda davam edən dönəmdə vurulub. Buna qədər ən məhsuldar dövr 2013-2015-ci illərə təsadüf etmişdi. Həmin vaxt iki komanda birlikdə 23 dəfə fərqlənmişdi. Davam edən seriyada isə təkcə “Qarabağ” “Neftçi”ni 24 dəfə mərkəzə dəvət edib.

20 fevral 2016 – 14 mart 2018: 9 oyun
“Qarabağ”dan 7 qələbə, 2 heç-heçə. Top fərqi - 16:4

12 sentyabr 2021 – 2 may 2023: 8 oyun
“Qarabağ”dan 7 qələbə, 1 heç-heçə. Top fərqi - 24:7

8 dekabr 2013 – 26 sentyabr 2015: 8 oyun
“Qarabağ”dan 5 qələbə, 3 heç-heçə. Top fərqi - 16:7

17 may 1997 – 15 may 1999: 7 oyun
“Qarabağ”dan 4 qələbə, 3 heç-heçə. Top fərqi - 6:2

22 avqust 2005 – 8 noyabr 2008: 7 oyun
“Neftçi”dən 2 qələbə, 5 heç-heçə. Top fərqi - 7:3

2 oktyabr 1994 – 11 dekabr 1996: 7 oyun
“Neftçi”dən 2 qələbə, 5 heç-heçə. Top fərqi - 10:8

Futbol
Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Futbol
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Futbol
Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Futbol
Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Futbol
İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

Futbol
Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Futbol
Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Oğlu Dieqo Simeonenin rekordunu təkrarlayıb

Futbol
Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Futbol
"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"