Vilko Vrismann: “Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə iştirak mənim üçün fəxrdir”

Vilko Vrismann: “Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə iştirak mənim üçün fəxrdir”

“Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə iştirak etmək mənim üçün böyük fəxrdir”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Beynəlxalq Aykido Federasiyasının prezidenti Vilko Vrisman Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş praktik seminarı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

İlk dəfədir Azərbaycanda olduğunu söyləyən Vrisman tamhüquqlu üzvləri olan Azərbaycan Aikikai Aykido Federasiyasının dəvəti ilə Bakıya səfər etdiyini bildirib: “Gələcəkdə yenidən buraya gəlməyi düşünürəm və federasiya ilə əlaqələrimizi möhkəmləndirmək istəyirik. Bu gün yerli təşkilat üzvləri ilə birlikdə Fəxri xiyabanda oldum. Müstəqilliyinizə necə dəyər verdiyinizi gördüm. Azərbaycan Aikikai Aykido Federasiyasının prezidenti İlham Quliyevlə ölkədə aykidonun inkişafı ilə bağlı görüşlərimiz olacaq”.

O, aykidonun təhsil və saflaşma sistemi üzərində formalaşdığını vurğulayıb: “Əgər bu həyatda özünüzü tapmısınızsa, deməli, psixoloji baryeri aşmısınız, artıq yetkin insan olmusunuz. Aykidonun mərkəzi Yaponiyadır. Bu idman növünü yaradan onun beynəlxalq səviyyəyə çatmasını istəyib. Özüm Yaponiyada illərlə məşq etmişəm, onların fəlsəfəsini mənimsəmişəm”.

Vrismann əlavə edib ki, aykido psixoloji problemi olan insanların sağlamlıqları üçün də vacib idman növüdür: “Aykido iki nəfər arasında ünsiyyətin qurulmasında mühüm rol oynayır. Niderlandda çoxlu xəstəxanalarda autizmlə mübarizə zamanı aykidodan istifadə edilir”.

Niderland Aykido Federasiyasının da prezidenti olan funksioner bu idman növünün ölkəsində 1953-cü ildə, Azərbaycanda isə ötən əsrin 90-cı illərində yarandığını xatırladıb: “Buna görə də Niderlandda daha səviyyəli aykido ustaları var. Amma bu o demək deyil ki, bir-birimizdən nəsə öyrənə bilmərik. Bir çox məsələlər Azərbaycanda da Niderlanddakı kimidir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, ölkəmizdə aykido Niderland Olimpiya Komitəsi tərəfindən tanınır. Ümid edirik ki, bu, Azərbaycanda da belə olacaq".

Azərbaycan Aikikai Aykido Federasiyasının sədri İlham Quliyev isə ölkədə bu idman növünün inkişafı üçün mühüm addımlar atılacağını sözlərinə əlavə edib: “Federasiyanın əsas məqsədi gənclər arasında aykidonu təbliğ etmək, onları qeyri-sağlam ideyalardan uzaq tutmaqdır. Uşaqların həyat tərzini daha sağlam formaya salmaq prioritetimizdir. Bununla bağlı seminarlar təşkil edirik. Biz də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş praktik seminarı təşkil etmək qərarına gəlmişik. Tədbir iki gün davam edəcək”.

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Fərdi
Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Fərdi
Nazir milli federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Nazir milli federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Fərdi
İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

Fərdi
Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Fərdi
Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq