"Norway Chess": Şəhriyar Məmmədyarov ardıcıl ikinci görüşdə məğlub olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 38 yaşlı qrossmeyster III turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 31-ci gedişdə sülhə razılaşıb. Görüş heç-heçə ilə başa çatdığından armageddon oynanılıb və Azərbaycan təmsilçisi 55-ci gedişdə rəqibinə uduzub.

Bu, təcrübəli şahmatçının ardıcıl 2-ci məğlubiyyəti olub. O, II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə bacarmayıb.

Məmmədyarov hələlik 2,5 xalla 9-cu pillədə qərarlaşıb. Digər oyunların nəticəsindən asılı olaraq, onun mövqeyi dəyişə bilər. Aktivində 4,5 xalı olan Qukeş isə 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Fərdi
Azərbaycanın daha bir çimərlik güləşçisi dünya çempionu olub

Şəkidəki ilk idman festivalından reportaj

İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb