III Avropa Oyunları: Azərbaycan atıcıları final mərhələsinə yüksələ bilməyiblər

Azərbaycan atıcıları Nigar Nəsirova və Nəzrin Abbaslı Polşada keçirilən III Avropa Oyunlarında final mərhələsinə vəsiqə qazana bilməyiblər.

“QELEBE.AZ”un məlumatına görə, qadın idmançılar 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında çıxışlarını başa vurublar.

Nigar Nəsirova 565 xalla 25-ci, Nəzrin Abbaslı isə 557 xalla 35-ci yeri tutub. Ümumilikdə 38 nəfər arasında ən yaxşı “8-lik” final mərhələsinə adlayıb.

Qeyd edək ki, bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Ruslan Lunyov 11-ci yeri tutub.

14:56

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarındakı ilk çıxışında 11-ci yeri tutub.

“QELEBE.AZ”un məlumatına görə, ikiqat Avropa çempionu 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında final mərhələsinə vəsiqə qazana bilməyib.

577 xal toplayan 34 yaşlı idmançı ilk “8-lik”dən kənarda qalıb.

R.Lunyov iyunun 29-30-da isə 25 metr məsafəyə atəş açmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu gün qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Nigar Nəsirova və Nəzrin Abbaslı çıxış edəcəklər.

Fərdi
Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb