Azərbaycan basketbol yığması Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Andorrada keçirilən Avropa çempionatının C Divizionunda ilk oyununa çıxıb.
“Report” xəbər verir ki, B qrupunda qərarlaşan milli yerli komanda ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan seçməsinin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığma qrupda növbəti oyununu Moldovaya qarşı keçirəcək. İyulun 19-da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

https://qalaba.az//uploads/photo/azerbaycan-basketbol-yigmasi-avropa-chempionatina-qelebe-ile-bashlayib.webp











