"Qəbələ" ilk oyunda Kipr klubuna məğub olub - YENİLƏNİB - 9

"Qəbələ" ilk oyunda Kipr klubuna məğub olub   - YENİLƏNİB - 9

"Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr "Omoniya"sını qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.

Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. 2-ci dəqiqədə Əyyub Əllaş topu rəqib qapısından keçirib. 45+1-ci dəqiqədə Roman Bezus cərimə zərbəsindən fərqlənməklə hesabı bərabərləşdirib. O, 50-ci dəqiqədə standart vəziyyəti növbəti dəfə dəqiq yerinə yetirib. 62-ci dəqiqədə Əyyub Əllaş özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.

Bezus 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə het-trik müəllifi olub.

Cavab matçı bir həftə sonra Kiprdə olacaq. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

Foto: Firudin Səlimov

21:45

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar hesabda önə keçiblər.

82-ci dəqiqədə Roman Bezus penaltini dəqiq yerinə yetirməklə het-trik edib.

21:25

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

Əyyub Əllaş 62-ci dəqiqədə özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.

21:13

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar hesabda önə keçiblər - 2:1.

50-ci dəqiqədə Roman Bezus ikinci dəfə cərimə zərbəsini dəqiq yerinə yetirib.

21:08

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hələlik hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Əyyub Əllaş 2-ci dəqiqədə hesabı açıb. Qonaqlarda isə Roman Bezus 45+1-ci dəqiqədə tarazlığı bərpa edib.

20:51

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tərəfər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Əyyub Əllaş 2-ci dəqiqədə hesabı açıb. Qonaqlarda isə Roman Bezus 45+1-ci dəqiqədə tarazlığı bərpa edib.

20:47

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib.

Roman Bezus 45+1-ci dəqiqədə fərqlənib.

20:06

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda erkən qol vurulub.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.

Əyyub Əllaş qonaqları məyus edib.

20:00

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü rumıniyalı Andrey Çivulete idarə edir. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

18:59

Qəbələdə eyniadlı komanda ilə Kipr "Omoniya"sı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün heyətlər müəyyənləşib.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşı xəbəri verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Urfan Abbasov, 7. Emil Səfərov, 99. Ahmed Ayzaya, 9. Əyyub Əllaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla

Baş məşqçi: Elmar Baxşıyev

"Omoniya": 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 22. Adam Lanq, 6. Markinyos Sipriano, 31. Yoannis Kusulos, 8. Moretu Kassama, 10. Loizos Loizu, 90. Roman Bezus, 7. Villi Semedu, 18. Kərim Ansarifard

Baş məşqçi: Sofronis Avqusti

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

Futbol
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib

Futbol
Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Futbol
"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

Futbol
Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar